Azərbaycanda ödənişlərin 25%-i artıq kart vasitəsi ilə edilir.
İndex.az xəbər verir ki, bunu “MasterCard”ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu göstərici Türkiyədə 40%, Avropada 50%-dir. Əgər Skandinaviya ölkələrinə nəzər salsaq, görərik ki, bu ölkələrdə göstərici artıq 95%-ə çatıb”, – deyə Gürdal bildirib.
Şirkət rəsmisi 3 il ərzində ölkəmizdə bu göstəricinin 50%-ə çatacağını bildirib:
“6 il əvvəl Azərbaycan kartla ödənişin həcmi cəmi 7% idi. Hal-hazırda bu göstərici artmaqda davam edir. Fikrimzicə 3 il sonra Azərbaycanda əhalinin 50%-i ödənişlərini kartla həyata keçirəcək”.
Baş drektor eyni zamanda ölkəmizdə 13 milyon “MasterCard”a məxsus kartların istifadə olunduğunu vurğulayıb.