Gümüş istehsalı 60%-dək artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 001,5 kq qızıl, 7 512,1 kq gümüş istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı ötən ilin yanvar-noyabr aylarının göstəricisindən 6,1 % az, gümüş istehsalı 59,8% çox olub.

Bu ilin dekabrın 1-nə 432,7 kq qızıl, 1 935,2 kq gümüş ehtiyatı yaranıb.