
Azərbaycanda satılan “Aİ-95” (“Premium”) markalı benzinin 1 litrinin qiyməti 2 manata bərabərdir.
İndex.az xəbər verir ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə “Aİ-95” markalı benzinin ən baha satıldığı ölkədir.
Məlumat üçün bildirək ki, “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti hazırda qonşu ölkələrdə və Azərbaycanda aşağıdakı kimidir:
– Rusiya – 0,83 dollar (52,6 rubl)
– Türkiyə – 0,93 dollar (17,4 lirə)
– Ermənistan – 1,02 dollar (400 dram)
– Gürcüstan – 1,18 dollar (3,2 lari)
– Azərbaycan – 1,18 dollar (2 manat)