Argentina – Xorvatiya oyununa 8.30 əmsallıq PROQNOZ

Bu gün saat 23:00-da DÇ-nın yarımsinalında Argentina Xorvatiya ilə üz-üzə gələcək. Messi iştirak etdiyi son DÇ-da finala adlaya biləcəkmi?

ARGENTİNA

Argentina favorit olduğu qrupda 1 məğlubiyyət 2 qələbə alaraq 6 xalla lider oldu və pley-offa yüksəldi. 1/8 finalda Argentinanın rəqibi Avstraliya millisi idi. Cənubi amerikalılar bu oyunda da 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı. 1/4 finalda Hollandiya qarşısında 2:0 hesablı üstünlük əldə edən Argentina oyunun sonlarında buraxdığı 2 qol ilə əsas vaxtda heç-heçəyə razılaşmalı oldu. Uzatma hissələrdə qol səsi çıxmadığından yarımfinalçını penaltilər seriyası müəyyənləşdirdi. Burda daha dəqiq olan Argentina yığması yarımfinala vəsiqə qazandı.

XORVATİYA

Xorvatiya millisi qrup qarşılaşmalarında 1 qələbə qazanıb 2 qolsuz heç-heçə edərək pley-offa vəsiqəni təmin etdi. 1/8 finalda rəqib Yaponiya millisi idi. Gərgin keçən mübarizənin sonunu penaltilər seriyası təyin etdi. Penaltiləri daha dəqiq yerinə yetirən xorvatlar 1/4 finala vəsiqə qazandı. Xorvatların bu turdakı rəqibi digərlərindən daha çətin idi. Çempionluğa iddialı olan Braziliya millisi artıq koreyalılara ilk hissədə 4 qol vuraraq hamıya gücünü göstərmişdi. Lakin heçnə gözlənildiyi kimi olmadı. Oyunu yenə də penaltilərə sürükləyən xorvatlar istəklərinə nail oldular. Son penaltini qapı dirəyinə vuran Marquinhos rəqibi yarımfinala yola saldı.

PROQNOZ

Xorvatlar bu mərhələyə kimi uğurla irəliləsələr də, bu gün şansları çox deyil. Çünki rəqib komandanın lideri olan Leonel Messi çox yaxşı formadadır. Argentina millisinin də bəzi çatışmamazlıqları var. Lakin bu onlara Xorvatiyanı məğlub etmək üçün böyük maniələr yaratmır.

Braziliya yaxşı formada olmasına baxmayaraq Xorvatiyaya boyun əymək məcburiyyətində qaldı. Bəs onların mundialdan kənarda qalmasının səbəbi nə idi? Fikrimizcə Xorvatiyanın müqaviməti və demək olar ki, ruhdan düşməməsi onların ən böyük silahıdır.

Bizim ilk proqnozumuz Argentinanın qələbəsidir – 1.87

Argentina millisinin möhkəm heyəti var. Eyni zamanda onların ehtiyyat futbolçuları arasında da isdedadlı oyunçular çoxluq təşkil edir. Xorvatlar bu cəhətdən rəqibindən geri qalır. Xorvatiyanın yəqin ki, əsas məqsədi oyunu penaltilər seriyasına çəkmək olacaq. Argentina isə bunun çox təhlükəli olduğunu bildiyindən turun taleyini əsas vaxtda həll etməyə çalışacaq.

İkinci mərcimiz Argentinanın 1 qolda qələbəsi olacaq – 3.25

BUKMEKERLƏR NƏ DEYİR

Dəqiq hesab: 2:1 – 8.30

Argentina hər iki hissədə qol vuracaq – 3.25

Penalti olacaq – 2.05