Şərabçılıq sahəsində yeni dövlət standartları qəbul edilib

AZS 923:2022 “Şərablar, şərab materialları, konyaklar və konyak spirtləri və spirtlənmiş meyvə-giləmeyvə şirələri. Dəmirin təyini üsulu” və AZS 924:2022 “Şərablar, şərab materialları, konyak spirtləri, spirtli meyvə-giləmeyvə şirələri. Uçucu turşuların təyini üsulları” dövlət standartları qəbul edilib.

İndex.az Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, standart “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Yeni dövlət standartları üzüm, meyvə-giləmeyvə, şampan, konyak spirtlərinə, spirtli meyvə-giləmeyvə şirələrinə aid edilir.