Xorvatiya millisinin ulduzu və kapitanı Luka Modriç dünya çempionatının yarımfinal mərhələsində Argentinaya qarşı keçirəcəkləri matçdan danışıb.
İndex.az xəbər verir ki, o, Lionel Messini rəqibin əsas fiquru adlandırıb:
“O, Argentina millisinin ən yaxşı futbolçusudur. Messini dayandırmaq bizim üçün çox çətin olacaq. Lakin biz hazırıq və əlimizdən gələni edəcəyik”.