Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 528,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılan benzin və dizel yanacağın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
Bu ilin 11 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq, o cümlədən 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 milyard 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,8 % artıb.