
DÇ-2022-nin 1/4 finalında Mərakeşə 1:0 hesabı ilə uduzan və turnirlə vidalaşan Portuqaliyada komanda kapitanlarından Pepe matçın argentinalı hakimi Fakundo Tellonu ittiham edib.
Index.az xəbər verir ki, 39 yaşlı müdafiəçi, Bruno Fernandesin yıxıldığı epizodun penalti olduğunu iddia edib və hakimi sərt sözlərlə tənqid edib:
“Bu matçda argentinalı hakimin olması qəbuledilməzdir. Onların qapıçıları daim vaxt keçirirdi, hakimlər cəmi 8 dəqiqə əlavə vaxt verdilər. Bu gün gördüklərimdən sonra kuboku Argentinaya verə bilərlər. Meydanda hakimin davranışı və təkəbbürü… Məndə olan hər şeyə görə mərc edə bilərəm ki, Argentina çempion olacaq”.
Portuqaliyalı futbolçu, həmçinin bildirib ki, onlar hər zaman yaxşı oynamağa çalışıblar:
“Son dəqiqəyə qədər mübarizə apardıq, amma uğursuz olduq. Mərakeş daim kiçik qayda pozuntuları ilə bizi dayandırmağa çalışırdı. Hakim bunlara əhəmiyyət vermədi və mərakeşli futbolçulara xəbərdarlıq etmədi”.