
“Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına məhkum olunub.
Bu barədə Təbriz təmsilçisinin tviter hesabı məlumat yayıb.
Klub 26 yaşlı yarımmüdafiəçinin həyatının təhlükədə olduğunu bildirib.
Qeyd edək ki, Amir Nasr Azadani son olaraq 2021-ci ildə “İranjavan”ın formasını geyinib.