
Bu gün səhər paytaxt yollarının birində “Baku Bus”ın avtobusunda yanğın hadisəsi baş verib.
Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görünür.
Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda alovlanma olub:
“Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur”.
Həmin videonu təqdim edirik:
Mənbə – Baku.ws