Mərakeş – Portuqaliya oyununa 10.55 əmsallıq PROQNOZ

Bu gün saat 19:00-da Mərakeş millisi Portuqaliya ilə qarşılaşacaq. Yarımfinal kimə qismət olacaq? Cavabı proqnozumuzda.

MƏRAKEŞ

Mərakeş millisi 1/8 final mərhələsində İspaniyanı penaltilər seriyasında məğlub edərək 1/4 finala yüksəldi. Mərakeş bu mərhələyə yüksələ bilən 4-cü Afrika ölkəsi oldu. Ərəb ölkələri arasında isə bu bir ilkdir.

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi də DÇ-da 1/4 final mərhələsinə yüksələn ilk afrikalı baş məşqçi oldu. FİFA bu yaxınlarda onların bu uğurunu, “Mərakeş Futbol Federasiyası yaxşı işinin bəhrəsini görməyə başlayır” cümləsi ilə qiymətləndirib. İndi mərakeşlilərin tək istəyi yarımfinala yüksəlməkdir. Nəzərə alaq ki, onlar bu mərhələyə çatana qədər Belçika və Kanada millilərini məğlub edib, İspaniyanı isə penaltilər seriyasında mundialdan kənarlaşdırıb.

Ayağından zədə alan Agerd bu gün meydana çıxa bilməyəcək.

PORTUQLİYA

Portuqaliya İsveçrə üzərində 6:1 hesabı ilə böyükhesablı qələbə qazanıb. Belə bir uğura portuqallar tarixində 2-ci dəfə nail oldu. Kristiano ROnaldonun ehtiyyatda qalması isə yeni bir ulduzun parlamasına şərait yaratdı. Qonzalo Ramos 3 qol vuraraq möhtəşəm performans göstərdi.

Maraqlıdır ki, gənc ulduz ilk dəfə belə yüksək səviyyəli turnirdə oynayırdı. Lakin buna baxmayaraq Qonzalo Ramos 2002-ci ildə Miroslav Klozedən sonra Dç-da debüt oyununda belə uğur qazanan ilk oyunçu olub. Hazırki Protuqaliya millisinə ümüd böyükdür.

Omba nahiyəsindən zədə alan Pereyra və Mendez bu gün meydana çıxa bilməyəcək.

PROQNOZ

Bu matçda biz yalnız Portuqaliyanın qələbəsini gözləyirik. Afrika komandası 1/4 finala vəsiqə qazanaraq artıq əlindən gələni edib və futbolçular ölkədə qəhrəmana çevrilib. Çox güman ki, böyük istək və motivasiya sayəsində Portuqaliya oyunu öz nəzarəti altına alıb sırf heyət fərqinə görə yarımfinala vəsiqə qazana biləcək.

Bizim ilk proqnozumuz Portuqaliyanın qələbəsidir – 1.80

Protuqallar bu gün Mərakeş müdafiəsi üçün böyük çətinliklər yaradacaq. Ronaldo ilk qolunu vurarkən cəmi 3 yaşında olan gənc Ramos əgər start heyətində olarsa Portuqaliya üçün qol vurmaq çətin olmayacaq.

İkinci mərcimiz Portuqaliyanın 2 qolla qələbəsidir – 5.35

BUKMEKERLƏR NƏ DEYİR

Dəqiq hesab: 0:2 – 10.55

Hər iki hissədə qol olacaq – 1.86

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.85)