Niderland – Argentina oyununa 9.10 əmsallıq PROQNOZ

Bu gün saat 23:00-da Niderland millisi Argentina ilə qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

NİDERLAND 

Niderland millisi öz qrupunun favoriti idi. Onlar ilk turda Seneqalı 2:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başladılar. 2-ci turda Ekvadorla 1:1 hesablı heç-heçə Niderlandı böyük ölçüdə pley-offa yüksəldirdi. Lakin avropalılar özlərini risqə atmayaraq son turda Qətər qarşısında 2:0 hesablı qələbə qazanıb pley-offa vəsiqəni təmin etdilər.

1/8 final mərhələsində Niderlandın rəqibi ABŞ millisi idi. Niderland ilk hissədə yaxşı oyun sərgiləyərək fasiləyə 2:0 hesabı ilə öndə yollandı. 2-ci hissədə isə tərəflər hərəyə 1 dəfə fərqlənə bildilər. Beləliklə Niderland 1/4 final mərhələsinə adlayan tərəf oldu.

ARGENTİNA

Argentina millisi də öz qrupunun şəriksiz favoriti hesab edilirdi. Lakin onlar ilk turda gözlənilmədən Səudiyyə Ərəbistanına məğlub oldular (1:2). 2-ci turda toparlanan Argentina Meksika üzərində 2:0 hesabı ilə inamlı qələbə qazandı. Son turda eyni hesabla Polşanı məğlub edən Argentina pley-offa yüksəldi.

Argentina millisinin 1/8 final mərhələsində rəqibi Avstraliya millisi idi. İlk hissədə rəqib qapısına yol tapmağı bacaran argentinalılar fasiləyə minimal hesablı üstünlüklə yollandılar. 2-ci hissədə də hücumlarını davam etdirən Messi və yoldaşları 2-ci topu avstraliyalıların qapısından keçirdilər. Avstraliyanın gücü yalnız 1 qola çatdı. Lakin onların oyunu çevirə bilməsi üçün nə gücləri qalmışdı, nə də vaxtları.

PROQNOZ

Argentina millisi qrupda bəzi problemlər yaşadı. Lakin bu çətinliklər onları daha da gücləndirdi. Cənubi amerikalılar indi artıq daha yaxşı oyun nümayiş etdirirlər. Onlar meydanda çox əzmkar görünür. Niderlandlılar isə əsasən rəqiblərinin səhvlərindən yararlanmağa çalışırlar. Ediraf etmək lazımdır ki, onlar bunu çox yaxşı bacarır. Bundan başqa niderlandlılar meydanda bir-birlərini yaxşı başa düşürlər. Lakin oyuna nəzarət etmək baxımından Niderland millisi Argentinadan çox geri qalır.

Argentina daha yaxşı görünür, Komanda meydanda artıq xarakter nümayiş etdirir və Lionel Messi əla formadadır. Bu oyunda cənubi amerikalılara üstünlük vermək məntiqlidir.

Bizim ilk proqnozumuz Argentinanın qələbəsidir – 2.10

Argentinanın hücum xəttində heçnədən real qol epizodu yarada biləcək futbolçular var. Niderlandın müdafiə xətti səhvlərə yol verə bilir. Onlar çətin ki, bu gün Leonel Messini saxlaya bilsinlər. Lakin Niderlandın da hücum xətti güclüdür. Biz bu oyunda minimum 3 qolun olacağını düşünürük.

İkinci mərcimiz – 2.5 ÜST (2.50)

BUKMEKERLƏR NƏ DEYİR

Dəqiq hesab: 1:2 – 9.10

Argentina 1-ci hissədə qol vuracaq – 1.85

1-ci hissə qol cəmi – 1.5 ALT (1.29)