“Səba Şirkətlər Qrupu”na işçi axtarılır

SƏBA

Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis

Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi

Hesabat verir: şöbə müdirinə.

Vəzifə:Daxili audit və Nəzarət Depertamenti, Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsinə mütəxəssis

İş yeri: “Səba” ASC

Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi

Hesabat verir: şöbə müdirinə

Tabeçilikdə işçi: Yoxdur

Son tarix 07 yan 2023 – [email protected]

Namizədə tələbSon tarix 07 yan 2023 – lər: 

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar üzrə təhsili olması arzu olunandır
  • İSO 9001:2015, İSO 22000, İSO 17025 və HACCP standartının tələblərini bilməsi, bu sahədə təlim almış  olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində, Keyfiyyətə nəzarət və ya oxşar sahələr üzrə ən azı 2 illik iş təcrübəsinin olması arzu olunandır
  • Rus və İngilis-dilini bilməsi arzu olunandır
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
  • MS Office programları (Word? Excell? Power-Point? Outlook)

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması;
  • Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan  müqavilələrin şərtlərinə uyğunluğun yoxlanılması;
  • İstehsalat intizamının möhkəmləndirilməsi;
  • Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi;
  • Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətlərinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını;
  • Istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
  • Məhsulun keyfiyyətinin yüksədilməsi üzrə keyfiyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılmasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması;
  • Keyfiyyətsiz məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tetbiqi və nəzarət olunması;
  • Keyfiyyətə nəzarət planının,prosedurların,forma və aktların hazırlanması;
  • Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlarhazırlayıb təqdim edilməsi;
  • Şöbə rəhbərinin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.