Nazirlik: “Aztelekom”un baş direktoru işdən çıxarılmayıb”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Aztelekom” MMC-nin baş direktoru Klaus Müllerin işdən çıxarılması xəbərini təkzib edib.

Nazirlikdən bildirilib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“K.Mueller hazırda şirkətin rəhbəri kimi fəaliyyətini davam etdirir”, – deyə qurum bəyan edib.