
Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam etməkdədir.
İndex.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.
“Bu il ÜDM 5,1%, qeyri-neft məhsulları üzrə ÜDM 9,2% artıb. Bu il ərzində əsas kapitala qoyulan vəsait 16,8 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artım deməkdir. Qeyri-neft-qaz ixracı ölkəmizdə 16,2% artaraq, 2,4 milyard dollara çatıb”, – deyə nazir müavini vurğulayıb.