
Hazırda Bakıda ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Metronun hərəkəti məhduddur, ona görə də yük avtobusların üzərinə düşür. Yaranan tıxaclarla bağlı əhalinin qınaq obyektinə çevrilməmizin əsas səbəbi də elə budur.
O qeyd edib ki, əvvəllər ictimai nəqliyyat vasitələri kimi alternativ nəqliyyat vasitələri, o cümlədən, tramvay və troleybuslar var idi. Hazırda əhalinin sayı da xeyli artıb. Qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon əhali yaşayır. Tramvay və troleybusların olmasını biz də təqdir edirik. Bildiyimizə görə, şəhərin Baş planında bu məsələ var idi. Lakin uzunmüddətə reallaşacaq plana aiddir.