Mərakeş – İspaniya oyununa 10.55 əmsallıq PROQNOZ

BU gün saat 19:00-da DÇ-nın 1/8 final mərhələsində Mərakeş İspaniya ilə qarşılaşacaq. Tur qapısı kimin üçün açılacaq? Cavabı proqnozumuzdadır.

MƏRAKEŞ

Mərakeş milli komandası 36 illik həsrətdən sonra pley-offa vəsiqə qazana bildi. Afrikalılar öz qruplarında yaxşı oyun göstərərək qrupu lider bitirdilər. Millinin baş məşqçisi futbolçularını kuboku qaldıra biləcəklərinə inandırır.

Mərakeş millisi bu gün də uduzmasa, Kamerun millisinin 1990-cı ildə göstərdiyi uğura ortaq olacaq. Belə ki, Kamerunlular DÇ tarixində ardıcıl 5 oyunda məğlub olmayan yeganə Afrika millisidir. Mərakeşdə isə bu göstərici 4-dür. Qrup mərhələsində mərakeşlilər Belçika (2:0) və Kanada (2:1) üzərində qələbə qazanıb, Xorvatiya ilə qolsuz heç-heçəyə razılaşmalı oldu. Mərakeş millisi qrup mərhələsində cəmi bir dəfə qol buraxıb.

Dizində zədəsi olan Hakim Ziyeç bu gün meydana çıxmaya bilər.

İSPANİYA

İspaniya son 4 oyundan 3-nün ilk 15 dəqiqəsində qol vurmağı bacarıb. Mərakeşliləri çox çətin ilk 15 dəqiqə gözləyəcək. İspanlar üçün 1/8 final mərhələsi artıq keçilməz olub. Onlar sonuncu dəfə 2010-cu ildə Afrikada keçirilən mundialda bu mərhələni keçə bilmişdilər. İspaniya favorit olduğu qrupda 2-ci olaraq pley-offa vəsiqə əldə etdi. Matadorlar ilk turda Kosta Rika qapısından 7 cavabsız top keçirərək mundiala iddialı başladı. 2-ci turda qrupun digər favoriti olan almanlarla 1-1 hesablı heç-heçə edən İspaniya son turda Yaponiyaya 2:1 hesabı ilə uduzdu.

Bununla belə ispanlar FİFA reytinqində 7-cidir. Tarixə nəzər salsaq ispanların Afrika komandaları ilə son 5 oyunun hər birində qələbə qazandığını görərik. Afrikalılara qarşı son məğlubiyyət 1998-ci ildə olub. Həmin oyunda Luis Enrike də İspaniya millisinin heyətində idi.

PROQNOZ

Bu matçda Mərakeşin ispan hücumlarını saxlaya biləcəyinə inanmırıq. Çox güman ki, İspaniya oyunun əvvəlindən topa nəzarəti əlinə keçirib rəqib qapısına yol axtarmağa başlayacaq. Burda isə heyət fərqi və futbolçuların fərdi ustalığı öz sözünü deyəcək. İspanlar bu oyunun taleyini əsas vaxtda həll edəcəklər.

Bizim ilk proqnozumuz İspaniya üçün Asiya handikapıdır (-1) – 2.15

Güman edirik ki, bu gün İspaniyanın bu turnirdə həm hücum keyfiyyəti, həm də futbolçuların səviyyəsi baxımından nə qədər güclü olduğu ortaya çıxacaq. Matadorlar rahat qələbə qazanacaqlar. Onların 1 qol vurub dayanacaqlarını düşünmürük.

İkinci mərcimiz İspaniyanın 2 qolla qələbəsidir – 4.75

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:2 – 10.55

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.81)

Hər iki hissədə qol olacaq – 1.86