
“Apple” korporasiyasının dəyəri 35% artaraq 335.1 milyard ABŞ dollarına çatıb.
İndex.az “Global 500” hesabatına istinadən xəbər verir ki, bu, “Apple”ı dünyanın ən dəyərli brendləri siyahısında lider edir.
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri kimi “Apple” smartfon bazarında da üstünlüyünü qoruyub saxlayır. Xüsusən ABŞ-da istehsal olunan smartfonların 50%-dən çoxu hazırda “iPhone”lardır.
İndex.az dünyanın ən dəyərli brendlərini sizə təqdim edir: