
Bu gün saat 23:00-da Kamerun millisi Braziliya ilə qarşılaşacaq. Qələbəyə kim sevinəcək? Cavab bizim proqnozumuzda.
KAMERUN
Kamerun millisi Serbiya ilə oyunda 1:3 hesabı ilə geri düşsə də, sonradan toparlanaraq heç-heçə etməyi bacarmışdı. Bu heç-heçə onların pley-off ümüdlərini artırıb. Kamerunlular son 32 ildə ilk dəfə pley-offa vəsiqə qazana bilər. Bunun üçün onlar Braziliyanı məğlub etməlidir.
Kamerunun pley-offa çıxmağı İsveçrə – Serbiya oyununun hesbaından da asılı olacaq. Qeyd edək ki, Son 20 ildə Afrika ölkələri arasında Braziliyanı məğlub edən milli komanda yoxdur. Kamerunun 2003-cü ildə FİFA Konfederasiyalar Kubokunda Braziliyaya qarşı 1:0 hesablı qələbəsi Afrikadan olan millilərin Braziliyanı məğlub etdiyi yeganə oyun olaraq qalır.
BRAZİLİYA
Bazar ertəsi İsveçrə üzərində 1:0 hesablı qələbə Braziliyanın pley-offa yüksəlməsini təmin etdi.
İlk turda Serbiya üzərindəki qələbə braziliyalıların çempionluq üçün iddialı olduğunu göstərdi. Komanda ardıcıl 10-cu DÇ-da pley-offa vəsiqə qazanaraq yeni rekorda imza atıb. Sambaçılar DÇ tarixində Kamerun millisi ilə iki dəfə qarşılaşıb (1994, 2014). Hər iki görüşdə qələbə qazanan tərəf Braziliya olub.
Əzələ zədəsi olan Neymar, Danilo və Aleks Sandro bu gün meydana çıxa bilməyəcək.
PROQNOZ
Bu qarşılaşmada biz Braziliyanın qələbəsinə inanırıq. Komandalar arasında heyət fərqi açıq-aydın ortadadır. Braziliyalılar Qətərə 6-cı kuboku aparmaq üçün gəliblər. Onlar həm bugünkü oyunda, həm də çempionatda qələbə üçün iddialıdılar.
Bizim proqnozumuz Braziliya üzrə Asiya handikapıdır (-1) – 1.62
Güman edirik ki, bu oyunda Afrika futbolunun liderlərindən birinə qarşı Braziliya daha bir uğur qazanacaq. Fikrimizcə, sambaçılar öz oyunlarını göstərərək rahat hesabla qalib gələcək.
İkinci mərcimiz Braziliyanın 3 qolla qələbəsidir – 6.00
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 0:3 – 14.55
Künc zərbələrinin sayı – 9.5 ALT (1.84)
Hər iki hissədə qol olacaq – 1.88