Məşhur futbolçu: “Mən futbol fanatı deyiləm və matçlara baxmağı sevmirəm”

“Mən futbol fanatı deyiləm və matçlara baxmağı sevmirəm”.

Index.az xəbər verir ki, bunu İspaniya yığmasının və “Manşester Siti”nin müdafiəçisi Emerik Laport deyib. 

Hazırda ölkəsinin milli komandasının heyətində mundialda olan 28 yaşlı oyunçu DÇ-nin digər matçlarını da izləmədiyini bildirib:

“Mən həmişə futbol oynamışam. Çünki bu oyunu oynamağı sevirəm. Yazılanlar, haqqımda deyilənlər də məni maraqlandırmır, qıcıqlandırmır. Çünki nə qədər az baxsam, yaxşıdır. Bəzən ailəm zəng edir ki, “Mançester Siti”nin oyunu saat neçədədir? Deyirəm ki, xəbərim yoxdur”.

Qeyd edək ki, İspaniya yığması dünya çempionatının 1/8 final mərhələsində Mərakeşlə üz-üzə gələcək.