
Bu gün saat 19:00-da Cənubi Koreya millisi Portuqaliya ilə üz-üzə gələcək. Oyunun nəticəsi necə olacaq? Cavab bizim proqnozumuzdadır.
CƏNUBİ KOREYA
Cənubi Koreya millisinin pley-offa vəsiqə qazanmaq şansları az idi. Qrupda Portuqaliya və Uruqvay millilərinin olması onların şanslarını azaldırdı. Lakin koreyalılar ilk turda Uruqvayla başa-baş mübarizə apararaq asan rəqib olmadıqlarını göstərdilər. Oyun isə qolsuz heç-heçə ilə yekunlaşdı
İkinci turda Cənubi Koreya Qana ilə qarşılaşdı. Asiyalılar bu turda artıq Qana qarşısında favorit hesab edilirdi. Lakin gözlənilmədən ilk hissədə 2 top buraxaraq fasiləyə geridə yollandılar. 2-ci hissədə daha inamlı oyun göstərən koreyalılar cəmi 16 dəqiqəyə 2 qol vuraraq hesabı bərabərləşdirdilər. Amma Qananın vurduğu 3-cü qol məğlubiyyəti qaçınılmaz etdi.
PORTUQALİYA
Portuqaliya millisi öz qrupunun əsas favoriti hesab edilirdi. İlk turda Qana qarşısında hər kəs portuqallardan rahat qələbə gözləsə də, afrikalıların təzyiqi ilə qarşılaşdılar.Sonda Portuqaliya 3:2 hesablı çətin qələbəyə sevindi.
2-ci turda Portuqaliya daha yaxşı oyun sərgilədi. Portuqaliya müdafiəsinin əla oyunu Uruqvaya epizod yaratmağa imkan vermədi. Oyunun 2-ci hissəsində tempi artıran portuqallar rəqib qapısına 2 dəfə yol tapmağı baradılar. Beləliklə Portuqaliya millisinə pley-offa vəsiqəni təmin etmək üçün 2 tur bəs etdi.
PROQNOZ
Portuqaliya millisi pley-offa vəsiqəni artıq təmin edib. Ona görə də portuqalların baş məşqçisi çox güman ki, bu gün bir sıra əsas oyunçusunu qoruyub istirahət verəcək. Mütləq xala ehtiyacı olan koreyalılar isə bundan maksimum istifadə etməyə çalışacaqlar. Lakin nəzərə almaq lazımdır ki, Portuqaliya millisinin ehtiyyat oyunçuları heç də əsas heyətdən geri qalmırlar.
İlk proqnozumuz hər iki komandanın qol vuracağıdır – 1.81
Portuqaliya millisinin artıq bir iddiası yoxdur. Onlar qrupdan çıxmağı qarantiləyiblər. Portuqalların qrupu 2-ci yerdə bitirməyi isə sensasiya olar. Cənubi Koreya millisi isə əksinə olaraq bu oyunda çox motivasiyalıdır. Qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Onların ilk 2 turdakı əzmkar performansını nəzərə alaraq düşünürük ki, koreyalılar bu gün qələbə qazana bilərlər.
İkinci mərcimiz Cənubi Koreyanın qələbəsi olacaq – 4.35
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:1 – 13.50
Ümumi oyunda qol cəmi – 2.5 ÜST (1.94)
Cənubi Koreya hər hansısa bir hissəni qazanacaq – 2.26