Qana – Uruqvay oyununa 8.66 əmsallıq PROQNOZ

Bu gün saat 19:00-da Qana millisi Uruqvay ilə qarşılaşacaq. Uruqvay ölüm-qalım savaşından sağ çıxa biləcəkmi? Cavabı proqnozumuzda.

QANA

Qana millisi mundialın qrup mərhələsi başlamazdan əvvəl pley-offa çıxmaq üçün öz qrupunda favorit hesab edilmirdi. Qana ilə eyni qrupda Portuqaliya və Uruqvay millilərinin olması afrikalıların pley-off şanslarını azaldırdı. Lakin qanalılar ilk turda Portuqaliya ilə qarşılaşmada yaxşı mübarizə apardı. Buna baxmayaraq qələbə qaznamaq mümkün olmadı.

2-ci turda qanalıların rəqibi Cənubi Koreya idi. Oyunun ilk hissəsində Qana açıq-aşkar üstün oyun nümayiş etdirdi. Fasiləyə 2:0 üstün yollanan qanalılar 2-ci hissədə koreyalıların ciddi təzyiqi ilə üzləşdilər. Canubi Koreya millisi qurduğu ardıcıl hücumlar sayəsində hesabı bərabərləşdirməyi bacardı. Lakin tez bir zamanda toparlanan qanalılar qələbə qolunu vuraraq çox vacib 3 xal qazandılar.

URUQVAY

Dieqo Alonsonun komandası Portuqaliya ilə birlikdə öz qrupunun favoriti hesab edilirdi. Lakin elə ilk turdan uruqvaylılar büdrədi. Cənubi Koreya qarşısında çox sönük oyun göstərən Uruqvay sonda qolsuz heç-heçəyə razılaşmalı oldu.

2-ci turda Uruqvayın rəqibi qrupun digər favoriti olan Portuqaliya idi. Bu oyunda da rəqibindən açıq-aşkar zəif çıxış edən Uruqvay məğlubiyyətlə barışmalı oldu. Portuqallar vurduqları 2 qolla inamlı qələbə qazandılar.

PROQNOZ

Uruqvay millisi 2 turun nəticəsinə görə cəmi 1 xal toplaya bilib. Bu gün onlar üçün qələbə vacibdir. Komanda DÇ-nın təsnifat mərhələsində də son anda mundiala vəsiqəni təmin etmişdi. Bu gün də bunu bacara bilər. Heyət baxımından Uruqvay millsi Qanadan üstün görünür. Bundan maksimum istifadə etməyə çalışacaqlar.

Bizim ilk proqnozumuz Uruqvayın qələbəsidir – 1.72

Uruqvay millisi bu gün qələbə üçün oynayacaq. Lakin müdafiəni də yaddan çıxartmayacaqlar. İlk 2 turda etdikləri kimi ehtiyyatlı oynamağa çalışacaqlar. Eyni zamanda Uruqvayın hücum xəttindəki ulduz fotbolçuları hər an rəqibi cəzalandırmağa qadirdilər.

İkinci mərcimiz Uruqvayın 2 top fərqi ilə qələbəsi olacaq – 5.05

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 – 8.66

Hər iki komanda qol vuracaq – 1.94

Künc zərbələrinin sayı – 9.5 ALT (1.95)