“Meqa Sığorta”nın yığımları 4 milyon manatdan çox azalıb

“Meqa Sığorta” ASC-nin 2022-ci ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

İndex.az xəbər verir ki, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-oktyabr ayında 22.321 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 4.426 mln. manat və ya 20% azalma deməkdir.

Yanvar-oktyabrda şirkət tərəfindən ümumilikdə 5.611 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 34% çox olub.