Express Bank
Müştəri sorğuları və filiallara dəstək bölməsinin mütəxəssisi
Son tarix 01 yan 2023 – Müraciət et
Təsvir:
- Bölmə üzrə hesabatların hazırlanması;
- Bölmənin fəaliyyəti ilə bağlı müştərilər tərəfindən Bankın bütün kommunikasiya kanalları ilə daxil olan sorğularının araşdırılması və operativ cavablandırılması;
- Daxil olan müraciətlərə əsasən bankın sistemlərində müvafiq əməliyyatların aparılması;
- Bankdaxili digər strukturlarla iş fəaliyyətinin qurulması;
- Bölmənin fəaliyyəti üzrə filial işçilərinə tövsiyyələrin verilməsi və məlumat dəstəyinin göstərilməsi.
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki – 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Ali təhsil;
- Word, Excell proqramların istifadəçi səviyyəsində bilikləri;
- Azərbaycan və Rus dili – sərbəst, İngilis dili – arzu olunandır;
Call center (Expresspay)
Son tarix 01 yan 2023 Müraciət et
Təsvir:
- Telefon zənglərini cavablandırır;
- Müştərilərə şöbənin fəaliyyət sahəsinə uyğun məsləhət tipli dəstək göstərir. Yaranmış sualın cavablandırılmasında köməklik göstərir;
- Təsdiq olunmuş ədəbiyyat siyahısına uyğun danışıq texnologiyası və texnikası tətbiq edir;
- Müştərilərin təklif və şikayətlərini qeydə alır və aidiyyəti üzrə yönləndirir;
- Şöbə müdiri tərəfindən verilmiş digər tapşırıqların icra edir.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
PL/SQL developer
Son tarix 01 yan 2023 Müraciət et
Təsvir:
- Sql scriptlərin analiz edilməsi və code ilə bağlı problemlərin aradan qaldırılması;
- SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması;
- Hesabatlar üçün jsp səhifələrin hazırlanması;
- Sql codlarla bağlı performance tuning işləri;
- Yazılan hesabatların və ya sql scriptlərinin test edilməsi;
- Məlumatların DWH sisteminə axını ilə bağlı çatışmazlıqların aradan qaldırılması;
- Məlumat axınının optimallaşdırılması;
- Yazılan yeni scriptlərin sənədləşdirilməsi;
- İnkişafı təkmilləşdirmək üçün yeni fikirlər və yollar təklif etmək;
- Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki – 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər:
- Ali təhsil (Texniki sahədə təhsil);
- Plsql dili üzrə minimum 1 illik iş təcrübəsi;
- Analytic düşünmə qabiliyyəti;
- DWH ilə bağlı biliklər;
- SQL sorğuları yazmaq bacarığı;
- Performance-tuining ilə biliklər;
- PLSQL supplied packages ilə bağlı biliklər;
- Package, function, procedure İşləmə bacarığı;
- Code analiz etmək bacarığı;
- Core Java, JSP ilə bağlı biliklər;
- Komandada işləmə bacarığı;
- Texniki ingilis dili bilikləri (dokumentasiyaların oxunması);
- Jira ilə bağlı təcrübə;
- Bank təcrübəsi olması arzuolunandır;
- Müvafiq sahədə sertifikatın olması arzuolunandır;
İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin mütəxəssisi
Son tarix 01 yan 2023 – Müraciət et
Təsvir:
- İstehlakçılardan daxil olan yazılı və şifahi müraciətləri toplayır, qeydiyyatını aparır, müəyyən edilmiş qayda və müddətlər çərçivəsində cavablandırılmasını təmin edir.
- İstehlakçıların müraciətləri ilə əlaqədar Mərkəzi Bankın və digər qurumların sorğularının araşdırılması və cavablandırılması işini görür
- Şöbənin fəaliyyətinə dair şöbə müdirinin tapşırığına əsasən görülmüş işlər barədə hesabatlar hazırlayır Şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir
- İstehlakçılardan daxil olan yazılı və şifahi müraciətləri toplayır, qeydiyyatını aparır, müəyyən edilmiş qayda və müddətlər çərçivəsində cavablandırılmasını təmin edir.
- İstehlakçıların müraciətləri ilə əlaqədar Mərkəzi Bankın və digər qurumların sorğularının araşdırılması və cavablandırılması işini görür
- Şöbənin fəaliyyətinə dair şöbə müdirinin tapşırığına əsasən görülmüş işlər barədə hesabatlar hazırlayır Şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir
Tələblər:
- Ali təhsil;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Azərbaycan və rus dillərində səlis nitq və fikirlərini izah etmə bacarığı;
- Bank sahəsində xidmət təcrübəsi minimum 1 il;
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və AR Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələbləri, eləcə də bankdaxili sənədlərin tələbləri və bankın təqdim etdiyi məhsullar üzrə biliklər;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı və işə məsuliyyətli yanaşma;
- Analitik düşüncə, təhlil etmə və qərarvermə qabiliyyəti.
Satış və keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 01 yan 2023 Müraciət et
Təsvir:
- Bazar araşdırmaları və təhlilinin aparılması, qiymət siyasətinin formalaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün yeni təkliflərin verilməsi.
- Mövcud partnyorlar və müştərilərlə daimi əlaqə saxlamaq, bankdaxili qaydalarda baş verən yeniliklərlə bağlı onları məlumatlandırmaq.
- Yeni müştərilərin cəlb edilməsi prosesinin təşkil edilməsi.
- Yeni və mövcud müştərilərə şirkətin xidmət və məhsulları haqqında məlumatların verilməsi.
- Məhsul satışı üzrə planın yerinə yetirilməsi, müştəri bazasının formalaşdırılması.
- Mənfəət və səmərəliliyin artırılması, satışın həcminin çoxaldılması üçün lazımi tədbirlərin zamanında görülməsi.
- Müqavilənin tərtibi və icrası zamanı qarşılıqlı şərtlərin nəzərə alınması, müştəri maraqlarına riayət olunmasının təmin edilməsi
- Şöbə müdiri tərəfindən verilmiş digər tapşırıqların icra edir.
Tələblər:
- Təhsil: Ali təhsil
- Dillər: Azərbaycan, Rus və İngilis dilləri
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.