Bu gün saat 23:00-da Yaponiya millsi İspaniya ilə qarşılaşacaq. Yaponiya almanlar kimi ispanları da məğlub edə biləcəkmi? Cavabı proqnozumuzda.
YAPONİYA
E qrupunda istənilən komandanın Pley-offa çıxmaq şansı var. Maraqlıdır ki, kamandalar tarixdə ilk dəfə rəsmi bir qarşılaşmada üz-üzə gəlirlər. Yaponlarla ispanlar tarixdə 1 dəfə 2001-ci ildə yoldaşlıq oyununda qarşılaşıblar. Həmin oyunda ispanlar qalib gəlib. Lakin Yaponiyanaın almanlar üzərində qələbəsindən sonra hər kəs onların asan rəqib olmadıqlarını anladı.
Yaponiya ilk 2 turda rəqib qapılarına 2 qol vurmağı bacarıb. Rəqibləri isə Yaponiyanın qapısına 2 dəfə yol tapıb.
İSPANİYA
İspanlar ilk turda Kosta Rikanı darmadağın edərək kubok üçün iddialarını ortaya qoydular. 2-ci turda isə almanlarla çətin keçən görüşdə meydanda üstün tərəf ispanlar görünsə də, oyun heç-heçə yekunlaşdı. Bu gün qazanacaqları qələbə onları qrup lideri kimi pley-offa daşıya bilər.
Tiki-taka kralları oyunda topu demək olar ki, rəqibə vermir və ardıcıl hücumlarla qol axtarırlar. Yəqin ki, bu gündə eyni ssenariyə tamaşa edəcəyik.
Baş məşqçinin istirahət verdiyi Serxio Buskets bu gün meydana çıxmayacaq.
PROQNOZ
Çox güman ki, İspaniya millisi risk etməyəcək və ilk saniyələrdən oyuna nəzarəti ələ almağa çalışacaq. Fikrimizcə, futbolçuların səviyyəsinə görə ispanlar fərqi ortaya qoyacaqlar.
Bizim ilk proqnozumuz İspaniya üçün Asiya handikapıdır (-1) – 1.72
Fikrimizcə, yüksək səviyyəli futbolçularının köməyi ilə ispanlar bu gün rahat qələbə qazanacaqlar.
İkinci mərc İspaniyanın 2 qolla qələbəsidir – 4.20
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 0:2 – 10.55
Hər iki hissədə qol olacaq – 1.86
Künc zərbələrinin cəmi – 9.5 ALT (1.81)