
Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 1 215,5 min nəfər olub.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə İrana gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,6 dəfə, Rusiyaya gedənlərin sayı isə 15,9% artıb. Ölkə vətəndaşlarının 46,7%-i Türkiyəyə, 17,9%-i Rusiyaya, 11%-i İrana, 8,7%-i Gürcüstana, 15,7%-i digər ölkələrə səfər edib.
Gedənlərin 64,3%-ni kişilər, 35,7%-ni qadınlar təşkil edib.