Avstraliya – Danimarka oyununa 6.20 əmsallıq PROQNOZ

Bu gün Avstarilya millisi Danimarka ilə qarşılaşacaq. Pley-offa vəsiqəni kim təmin edəcək. Cavabı proqnozumuzdadır.

AVSTRALİYA

Avstraliya DÇ-na Fransa məğlubiyyəti ilə başladı (4:1). İlk qolu Avstraliya millsi vursa da, hesabı qoruyub saxlaya bilmədi. 2-ci turda isə Tunis üzərində minimal hesablı qələbə qazanaraq, qrupda 2-ci yerdə qəralaşmağı bacardılar.

Avstraliya millisini bu oyunda artıq heç-heçə də qane edir.

DANİMARKA

Danimarka millisi mundiala Tunis qarşısında qolsuz heç-heçə ilə başladı. 2-ci turdakı rəqibləri isə qrupun əsas favoriti Fransa ylğması idi. Danimarkalılar bu oyunda fransızlarla bacarmadı və meydandan məğlub ayrıldı (2:1). Yəqin ki, bugün Danimarka oyunun böyük bir hissəsini hücumda keçirəcək. Çünki onları pley-offa yalnız qələbə apara bilər.

Tomas Delenay və Simon Kayerin meydanda olub-olmayacağı sual altındadır.

PROQNOZ

Avstraliya bugün oyununu müdafiədən quracaq. Çünki onların meydanda əsas məqsədi qol buraxmamaqdır. Turnir cədvəlinə nəzər salsaq görərik ki, avstraliyalıları heç-heçə də pley-offa yüksəldir. Onlar daha çox müdafiəyə diqqət yetirərək danimarkalıları əks-hücumlarda yaxalamağa çalışacaqlar. Lakin əgər Danimarka qurduğu hücumlardan 1-ni qola çevirə bilsə, o zaman Avstraliyanın işi çox çətin olacaq.

Danimarka isə bugün yalnız qələbə üçün meydana çıxır. Hər hansısa bir xal itkisi onları mundialdan kənarda qoyacaq. Fikrimizcə Danimarka bugün əsl hücum potensialını göstərə biləcək. Lakin müdafiə xətti Fransa ilə oyunda olduğu kimi zəif çıxış edərsə, avstraliyalı hücumçular sürətli əks-hücumlarda onları cəzalandıra bilərlər. Danimarkanın hücumları qol vurana kimi yox, bütün oyun boyu dayanmadan davam edəcək. Çünki, onlar yaxşı başa düşürlər ki, 1:0 sürüşkən hesabdır və hər an Avstraliya millisinin qurduğu yaxşı bir hücumda oyun bərabərləşə bilər. Buna görə də, onlar ilk qolu vursalar, 2-ci qol üçün də dayanmadan çalışacaqlar.

Bizim ilk proqnozumuz Danimarka üçün Asiya handikapı (-1) – 1.90

Avstraliyanın yaxşı hücum xətti var və Danimarkaya qol vurmağa qadirdilər. Lakin biz düşünürük ki, qolu final fitinə qədər rəqib qapısında əl çəkməyəcək Danimarkalıların hücumçularından gözləmək lazımdır. Danimarka hər cəhətdən rəqib üzərində üstünlüyə malikdir və çox güman ki, qələbə də onların olacaq.

İkinci mərcimiz Danimarkanın iki qolla qələbəsi olacaq – 4.40

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:2 – 6.20

Danimarka 1-ci hissədə qol vuracaq – 1.65

1-ci hissədə qol cəmi – 1.5 ALT (1.42)