“Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqəti çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün bir alternativ təklif etdi”.
İndex.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.
O vurğulayıb ki, məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlməyin şahidi olub: “Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”.