Niderland – Qətər oyununa 5.70 əmsallıq PROQNOZ

Bugün saat 19:00-da DÇ-nın qrup mərhələsinin son turunda A qrupunda mübarizə aparan Niderland və Qətər milliləri üz-üzə gələcək. Qələbə kimin olacaq? Cavab bizim proqnozumuzda.

NİDERLAND

Niderland millisi DÇ başlamazdan əvvəl öz qrupunun əsas favoriti hesab olunurdu. Lui van Qalın komandası Qətər, Ekvador və Seneqalla eyni qrupda yer almışdı. İlk turda Seneqalla oynayan “narıncılar” 2:0 hesabı ilə qalib gəldi. Lakin niderlandlılar qələbəni çox çətinliklə, oyunun sonlarında vurduqları 2 qolla əldə etməyi bacardılar.

İkinci turda Niderland Ekvadorla qarşılaşdı. Artıq matçın əvvəlində Cody Gakpo Dünya Kubokunda 2-ci qolunu vuraraq komandasını qələbəyə ümüdləndirdi. Lakin bu qol Niderlandın Ekvador qapısına vurduğu yeganə zərbə oldu. Oyunun irəliləyən dəqiqələrində Ekvador əzimkarlıq göstərərək hesabı bərabərləşdirdi. Nəticədə oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşdı.

QƏTƏR

Qətər millisi azərkeşlərinin ümüdünü doğrultmayaraq DÇ-da bərbad çıxış etdi. İlk oyunda Ekvadorla qarşılaşan ev sahibləri meydanda demək olar ki, heçnə ilə yadda qalmadı. Sonda Enner Valensiyanın vurduğu 2 qolla Ekvador Qətəri 0:2 hesabı ilə məğlub etdi.

İkinci turda Feliks Sançez Başın komandası ilk tura nəzərən daha yaxşı oyun göstərdi. Bu başa-baş mübarizədə imkanlardan daha yaxşı istifadə etməyi bacaran afrikalılar 3:1 hesabı ilə qalib gəldilər. Seneqala da məğlub olan Qətər mundialdan kənarda qalan ilk milli komanda oldu. Onlar üçün bu oyunun demək olar ki, heç bir mənası yoxdur. Yalnız azərkeşlərini sevindirmək üçün bugün meydanda bir şey etməyə çalışacaqlar.

PROQNOZ

Niderland millisi mundialda hələdə özünün ən yaxşı oyununu göstərə bilməyib. Ekvadorla matçda “narıncılar”ın hücum xətti bərbad oynadı. Bugün Niderland millsi heyətlər arasındakı fərqdən istifadə edib 3 xalı qazanmağa çalışacaq.

Bizim ilk proqnozumuz Qətər üçün Asiya handikapı (+2.5) olacaq – 1.60

Niderland millisi bu oyunun favoritidir. Onlar meydana 3 xal üçün çıxacaqlar. Qətər millisi, Seneqal və Ekvadorla qarşılaşmada heçnə edə bilmədi. Bu oyunda da onlardan qələbə gözləmək mənasızdır. “Narıncılar” rahat qələbə qazanacaq.

İkinci mərcimiz Niderlandın 2 qolla qələbəsi olacaq – 3.98

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:0 – 5.70

Niderland 2-ci hissədə qol vuracaq – 1.25

Qətər qol vurmayacaq – 1.69