Cənubi Koreya – Qana oyununa 30.00 əmsallıq PROQNOZ

Bu gün saat 17:00-da DÇ-nın qrup mərhələsinin 2-ci turunda Cənubi Koreya və Qana milliləri qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

CƏNUBİ KOREYA

Cənubi Koreya millisi DÇ-nın daimi iştirakçısıdır. Koreyalılar son 10 dünya çempionatının hər birində iştirak edib. Təsnifat mərhələsində, Paulo Bentonun komandası ənənəvi olaraq öz qrupunun əsas favoritlərindən biri idi. Lakin sonda İrana uduzaraq qrupu 2-ci bitirsələr də, 2-cilik onlara DÇ-na qatılmaq üçün vəsiqəni təmin etdi.

Cənubi Koreya Portuqaliya, Uruqvay və Qana ilə eyni qrupda mübarizə aparır. Koreyalılar bu qrupda pley-offa vəsiqə qazanmaq üçün əsas favorit hesab edilməsələr də ilk turda heç də rəqibindən geri qalmayaraq Uruqvay qarşısında əla oyun göstərib meydandan heç-heçə ilə ayrılmağı bacardılar. Bu vəziyyət onların qrupdan çıxmaq şanslarını artırır.

QANA

Qana millisi 2018-ci ildə Rusiyada keçirilən DÇ-nı buraxsa da, seçmə mərhələdə ardıcıl 2-ci səhvə yol verməyib. Lakin qanalılar Qətərə vəsiqəni çox böyük çətinliklə əldə ediblər. Seçmə mərhələdə əlavə göstəricilərə görə CAR-dan üstün olan qanalılar, pley-offda Nigeriyanı məğlub edərək mundiala yollandılar.

Dünya Çempionatında Otto Addonun komandasına çox çətin qrupda mübarizə aparır. Portuqaliya, Uruqvay və Cənubi Koreyanın olduğu qrupda pley-offa yüksəlmək Qana üçün qeyri-mümkündündür. Lakin buna baxmayaraq Qana millsi ilk turda Portuqlaiyaya qarşı əla mübarizə apardı. 2:3 hesablı məğlubiyyətə baxmayaraq, qanalılar sərgidikləri oyunla asan yem olmayacaqlarını göstərdilər.

PROQNOZ

Cənubi Koreya millisi mübarizə apararaq Uruqvaydan xal qoparmağı bacardı. Qana da öz növbəsində Portuqaliyaya çətin anlar yaşatdı. Heyətlərin kefiyyətinə baxdıqda qanalıların daha üstün olduqlarını görə bilərik. Buna görə də, afriqkalılardan qələbə gözləmək məntiqlidir.

Bizim ilk proqnozumuz Qananın qələbəsi olacaq – 2.65

Qana millisi ilk turda xal toplaya bilməyib və bugünkü görüşdə məğlubiyyət, komandanı pley-offa iddialılar bitirə bilər. Ancaq belə bir ssenari çətin ki olsun. Çünki ilk turda daha yaxşı görünən Qana bugün də əlindən gələni edib daha zəif rəqibi önündə qələbə qazanmağa çalışacaq. Lakin unutmaq lazım deyil ki, koreyalılarında çox sürətli hücum xətii var. Fikrimizcə oyunda qarşılıqlı qollar izləyəcəyik.

İkinci mərcimiz hər iki komandanın qol vurması olacaq – 2.01

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:3 – 30.00

Cənubi Koreya 2-ci hissədə qol vuracaq – 1.89

Qana 2-ci hissədə qol vuracaq – 2.09