“İran” “Uels”ə qalib gəldi

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.

İndex.az xəbər verir ki, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər.

Qarşılaşma İranın 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezayan fərqlənib.

Bu nəticədən sonra xallarının sayını üçə çatdıran İran ikinci pilləyə yüksəlib. Uels isə ABŞ-la birlikdə bir xalda qalıb. Qrupa üç xalla İngiltərə başçılıq edir.

Bu qrupda İngiltərə – ABŞ oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.