
Bu gün saat 20:00-da Niderland Ekvadorla üz-üzə gələcək. İlk turda qələbə qazanan komandalardan hansı 2-ci turda uğurunun davamını gətirə biləcək? Cavab proqnozumuzdadır.
NİDERLAND
Niderland millisi DÇ-na yaxşı başladı. Seneqal qrupdan çıxmağa Niderlanddan sonra əsas namizəd olsa da, “narıncılar” oyunun sonlarında vurduqları 2 qolla onları məğlub etməyi bacardılar.
Dünya Çempionatında komandadan hücum futbolu gözlənilirdi. Lakin ilk turda bütün proqnozların əksinə olaraq Niderland yığması Seneqalla qarşılaşmada hücumda problemlə üzləşdi. Atletik afrikalılar bütün fiziki mübarizələrdə üstün oldular. Əks-hücumlarda isə seneqallılar xüsusi ilə təhlükəli idilər. Frenki De Yong və Kodi Qakponun fərdi ustalığı “narıncılar”ın qələbə qazanmasına kömək etdi
EKVADOR
Ekvador millisi də DÇ-na qələbə ilə başlayan millilər arasında yer alıb. Onlar ilk turda ev sahiblərini məğlub etməyi bacardılar. Qətər millisi mundialdan öncə çox güclü görünməyinə baxmayaraq, Ekvadorun oyunu qarşısında heçnə edə bilmədi.
PROQNOZ
Niderland ilk turda qazandığı qələbə sayəsində məsuliyyəti azda olsa azalda bilib. Onlar bu oyuna artıq daha rahat çıxacaqlar. Oyunçularda həyacanın olmaması komandanın daha yaxşı hücum futbolu oynamağına imkan yaradacaq. Ekvador millisi də ilk turdakı qələbədən sonra daha modivasiyalı və daha rahatdır. Lakin bu gün qələbə qazanacaqlarını düşünmürük.
Bizim ilk proqnozumuz Hollandiyanın qələbəsidir – 1.77
Niderland millisi görüşün favoritidir və çətin ki, rəqibə şans versin. Komanda üzərində ciddi təzyiqin olmaması komandaya öz oyununu göstərməyə və inamlı qələbə qazanmağa kömək etməlidir.
İkinci mərcimiz Niderlandın 2 qolla qələbəsi olacaq – 5.15
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 3:2 – 29.00
Niderland 2-ci hissədə qol vuracaq – 1.81
Penalti olacaq – 2.35