Ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 15,201 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 62,9% çoxdur.
İndex.az xəbər verir ki, 2021-ci ildə Azərbaycanın Aİ-yə ixracı 92,1% artaraq 13,064 mlrd. dollar, idxalı isə 15,6% azalaraq 2,137 mlrd. dollar təşkil edib.
Nəticədə, ötən il 10,928 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.