
Bu gün saat 16:00-da DÇ-nın ilk turunda məğlub olan Qətər və Seneqal üz-üzə gələcək. Ölüm-qalım oyunundan kim sağ çıxacaq? Cavabı proqnozumuzda.
QƏTƏR
Qətər millisi uzun müddətdir ki, DÇ-na hazırlaşırdı. Feliks Sançez Basın komandası Asiya Kubokunda əsl sensasiya yaratmışdı. Dünya Çempionatı ərəfəsində keçirilən yoldaşlıq görüşlərində qətərlilər müntəzəm olaraq asan olmayan rəqiblər üzərində qələbələr qazanırdı.
Turnirin əvvəlində Qətər komandası əla formada idi və hər kəs onlardan sürpriz gözləyirdi. Lakin alınmadı. Dünya Çempionatının açılış matçında Ekvadorla qarşılaşan Qətər erkən qol buraxdı ki, bu da açıq-aşkar planlarına daxil deyildi. Nəticədə oyunu geri qaytarmaq mümkün olmadı və ekvadorlular daha bir qol vuraraq, məsələni həll etdilər. 0:2 hesablı məğlubiyyət Qətərin pley-offa çıxmaq şansını çox aşağı saldı.
SENEQAL
Seneqal millisidə DÇ-na məğlubiyyətlə başlayan komandalardandır. İlk turda qrupun fovoriti Niderland ilə qarşılaşan Aliu Sissenin yetirmələri meydanda yaxşı mübarizə aparsa da, son dəqiqələrdə buraxdıqları 2 qol onları məğlubiyyətə düçar etdi. Qətər və Ekvador qarşısında maksimum nəticə göstərməyi özlərinə borc bilən seneqallılar bu gün qələbədən başqa heçnə düşünmürlər.
PROQNOZ
Qətər millisi ilk turda demək olar ki, heçnə edə bilmədi. Qətərlilərin milli komandadan gözlədikləri bu deyildi. Buna görə də, Qətər millisi bu oyunda hücumda daha fəal olmağa çalışacaq. Çünki bu oyunun nəticəsi qrupun taleyini həll edə bilər.
Seneqal millisinin müdafiəsi yaxşı olsa da, yəqin ki, qapısından top buraxacaq. Qətərin Dünya Çempionatının ardıcıl 2-ci oyununda qolsuz qalması mümkün deyil. Eyni zamanda, Seneqal da açıq-aydın qələbə üçün oynayacaq. Oyunçuların kefiyyəti baxımından Seneqallılar üstünlüyə malikdir, Böyük ehtimalla oyunda qarşılıqlı qollar olacaq.
Bizim ilk proqnozumuz hər iki komanda qol vuracağıdır – 2.25
Seneqal millisi mübarizənin favoritidir. Onlar hətta Niderlandla oyunda da, yaxşı mübarizə apardılar. Heyətdəki təcrübəli oyunçuların bolluğundan Seneqal millisi maksimum istifadə etməyə çalışacaq.
İkinci mərcimiz Seneqalın bir qolla qələbəsi olacaq – 3.27
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:2 – 8.30
Qətər ilk hissədə qol vuracaq – 3.33
Penalti olacaq – 2.35