Braziliya – Serbiya oyununa 17.50 əmsallıq PROQNOZ

Bu gün saat 23:00-da Braziliya millisi Serbiya ilə qarşılaşacaq. Bu dueldə kim qalib gələcək? Cavab bizim proqnozumuzdadır.

BRAZİLİYA

Artıq 20 ildir ki, çempion ola bilməyən Braziliya DÇ-ı başlamazdan öncə FİFA reytinqində 1-ci yeri tuturdu. Bukmekerlər arasında Braziliya, çempionluğa ən iddialı komanda kimi hesab edilir. Onların heyətində çoxlu ulduz futbolçunun olması çempionluq şanslarını daha da artırır.

Titenin sözlərinə görə, o və komandası qrup mərhələsində əldə etdikləri 15 oyunluq məğlubiyyətsizlik seriyasını uzatmağı hədəfləyəcəklər. Sentyabrda Braziliya yoldaşlıq görüşlərində Qana (3:0) və Tunisə (5:1) qalib gəlib.

SERBİYA

Serbiya da DÇ-na iddialı gələn kollektivlərdəndir. Onların heyətində istər mərkəzdə, istərsə də hücumda yetərincə məhşur futbolçular var. Serblər DÇ-ın seçmə mərhələsini məğlubiyyətsiz başa vurub qrupu lider tamamladılar. Məhz bu onların nə qədər iddialı olduqlarını göstərir.

Serblər 2018-ci ildə keçirilən DÇ-a vəsiqə qazanmaq üçün də seçmə mərhələdə eyni nəticəni göstərmişdilər. Lakin komanda mundialda öz qrupunda qalmış evə erkən dönmüşdü. Maraqlıdır ki, həmin mundialda da, serblərlə sambaçılar eyni qrupda mübarizə aparmışdılar. Bu turnirdə Draqan Stoykoviç komandasının hücum potensialına arxayındır.

Bəhreynə qarşı son yoxlama oyununda serblər 5:1 hesablı qələbəyə sevinib.

Topuğundan zədə alan Lukiç və Mitroviç bu gün meydana çıxa bilməyəcək.

PRQONOZ

Serbiya Braziliya üçün asan rəqib deyil. Lakin statistika Cənubi Amerikalılar tərəfindədir. Bundan əlavə, Braziliya üçün inamlı bir başlanğıc ümumi uğurun açarı ola bilər. Braziliya millisinin maraqlı futbol şousunu və inamlı uğurunu gözləyirik.

Bizim ilk proqnozumuz Braziliya üzrə Asiya handikapıdır (-1) – 1.89

Güman edirik ki, bu oyunda Tite topa tam nəzarət etmək üçün istədiyi heyəti qura biləcək və futbolçular serblərin zəif müdafiəsindən yararlanmağa çalışacaq. Düşünürük ki, Braziliyalılar rahat hesab fərqi ilə qalib gələcək.

İkinci mərcimiz Braziliyanın 2 qolla qələbəsidir – 4.55

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:1 – 17.50

Hər iki hissədə qol vurulacaq – 1.88

Sarı vərəqələrin cəmi – 3.5 ALT (1.87)

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.88)