
Bu gün saat 20:00-da Portuqaliya Qana ilə üz-üzə gələcək. Qarşılaşma necə yekunlaşacaq? Cavabı proqnozumuzda.
PORTUQALİYA
Portuqaliya millisi DÇ-ın seçmə mərhələsində fovorit olduğu qrupu 2-ci bitirdi. Fernando Santosun komandası DÇ-na vəsiqə uğrunda Serbiya, İrlandiya, Lüksemburq və milli komandamızla mübarizə apararaq, Serbiyadan sonra qrupda 2-ci olmağı bacardı.
2-ci yer Portuqaliyanı pley-offda mübarizə aparmağa məcbur etdi. Burada isə Türkiyə onun ilk rəqibi oldu. “Ay ulduzlular”ı 3:1 hesabı ilə məğlub edən portuqallar Qətərə vəsiqə üçün pley-offun finalında Şimali Makedoniya ilə qarşılaşdı. Bu görüşdə Portuqaliya rəqibini 2-0 hesabı ilə rahat məğlub edərək mundiala vəsiqəni təmin etdi.
QANA
Qana yığması DÇ-nın seçmə mərhələsində Cənubi Afrika Respublikası, Efiopiya və Zimbabve ilə eyni qrupda yer alıb. Otto Addonun komandası öz qrupunun favoriti hesab edilsə də, sonda böyük çətinliklə yalnız əlavə göstəricilərə görə Cənubi Afrikan Respublikasını qabaqlayaraq pley-offa vəsiqə əldə edib.
Pley-offda qanalılar Nigeriya millisi ilə qarşılaşıb. Hər 2 görüş heç-heçə bitsə də, səfər qolu sayəsində Qana millisi Qətərə vəsiqə qazanıb.
Afrika Millətlər Kubokunda Qana qələbəyə əsas iddiaçılardan hesab edilsə də, uğursuz oldu. Mərakeş, Qabon və Komor adaları ilə eyni qrupda olan Qana yığması cəmi 1 xal toplayaraq qrupda sonuncu oldu.
PROQNOZ
Portuqaliya qrupda liderlik üçün ən iddialı millidir. Bu gün onlara startda 3 xal hava su kimi lazımdır. Qana millisinin son vaxtlar zəif oyunu bu gün qələbəni
portuqallar üçün asanlaşdıra bilər. Fikrimizcə bugün afrikalıların heç bir şansı yoxdur.
Bizim ilk proqnozumuz Portuqaliya üçün Asiya handikapı (-1) olacaq – 1.65
Portuqaliya millisi, şübhəsiz ki, Qana ilə qarşılaşmada yalnız qələbə üçün oynayacaq. Çünki onları 2-ci turda çətin Uruqvay oyunu gözləyir. Komandalar arasında olan heyət fərqindən portuqallar maksimum istifadə etməyə çalışacaqlar.
İkinci mərcimiz Portuqaliyanın 2 top fərqi ilə qələbəsi olacaq – 4.10
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 3:1 – 13.00
Portuqaliya hər iki hissədə qol vuracaq – 2.31
Qana 2-ci hissədə qol vuracaq – 3.11