“Azersun Holding”ə işçilər tələb olunur

Azersun Holding

İşə qəbul üzrə mütəxəssis

Son tarix 23 dek 2022 – [email protected]

Tələblər:

  • Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı;
  • Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı;
  • İş ezamiyyətlərinə gedə bilməli;
  • 3 ilə qədər əlaqədar sahədə iş təcrübəsi olmalı.
  • İngilis və rus dillərini bilməli;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
  • Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

İş haqqında:

  • Şirkətin işə qəbul və yerləşdirmə prosesinin təşkil edilməsi;
  • İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
  • İşə qəbul hesabatlarının hazırlanması;
  • İşə qəbul testlərinin həyata keçirilməsi;
  • İşə qəbul kanallarının idarə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
  • İşə qəbul layihələrində təşkilati işin həyata keçirilməsi.

İş şərtləri: İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Baş elektirik (Biləsuvar)

Son tarix 23 dek 2022 [email protected]

Tələblər:

  • Elektrik və Elektroenergetika üzrə ali təhsil,
  • Müvafiq sahə üzrə 3-5 il təcrübə,
  • Yüksək gərginlikdə işləmə bacarığı,
  • Yüksək gərginliyə (4-cü və 5-ci qrup) müdaxilə etmə icazəsi olması.

İş haqqında:

  • Müəssisədəki avadanlıq, dəzgah və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
  • Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların   konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını bilmək,
  • Müəssisədə çalışan elektrikçilərin gördüyü işlərə nəzarət etmək,
  • Müəssisədəki elektrik su nasosxanalarına periodik olaraq nəzarət etmək,
  • Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərinin həyata keçirmək.

İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00

İş yeri: Biləsuvar. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərlər. Email-in mövzu hissəsinə “Baş elektirik (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

 

İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)

Son tarix 23 dek 2022 [email protected]

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri
  • MS Office proqramlarının mükəmməl biliyi;
  • “ƏMAS – Əmək və Məşğulluq” altsistemi üzrə bilikləri;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

İş haqqında məlumat:

  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, yeni vakansiyalar üzrə işçi axtarışı, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
  • Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) SAP proqramı üzərindən hesablanmasını və vaxtında ödənilməsini təmin etmək ;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Əməkdaşların əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Kadr işinin aparılması, əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət edilməsi;
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00

İş yeri:

  • Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “İnsan resursları üzrə bölmə rəisi (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.

 

Avtomatika və elektironika mütəxəssisi

Son tarix 23 dek 2022 [email protected]

Tələblər:

  • Avtomatika və elektronika üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il təcrübə;
  • Fermalarda quraşdırılan ventilyasiya sistemini bilməli;
  • Sağımxana aparatlarının iş prinsiplərini bilənlərə üstünlük verilir.

İş haqqında məlumat:

  • Afimilk sağımxana sisteminə aid olan bütün qurğu və avadanlıqlarına nəzarət etmək;
  • Südün plana uyğun sağılması, depolanması və logistikasına nəzarət etmək;
  • Havalandırma, soyutma və s. sistemlərə nəzarət etmək;
  • Müəssisədəki qurğu və avadanlıqların təmir planını həyata keçirtmək;
  • Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.

İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00

İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə “Avtomatika və elektronika mütəxəssisi (Kürdəmir)” yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

 

İnzibati təsərrüfat üzrə mütəxəssis (Qubadlı)

Son tarix 23 dek 2022 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Sağlam və işləmə qabiliyyətli olmalı;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
  • MS Office proqramlarını bilməli;
  • Müvafiq sahədə iş təcrübəsi olan şəxslərə üstünlük verilir.

İş haqqında:

  • Əməkdaşların işgüzar səfərə getməsinin təşkili
  • Ofis avadanlıqlarının daimi işlək vəziyyətdə olmasının təmin edilməsi
  • Gündəlik təsərrüfat işlərinin aparılması
  • Ofisin təmizliyinə nəzarət
  • Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
  • Sürücülərin qrafikinə nəzarət, gündəlik marşrutun müəyyənləşdirilməsi
  • Müxtəlif şöbələrdən gələn ehtiyyacların qəbul edilməsi və sifarişi

İş şərtləri: Həftə içi 5 gün, 9:00-18:00

İş yeri: Qubadlı rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi elektron poçt ünvanına emaili-in mövzu yerinə “İnzibati təsərrüfat üzrə mütəxəssis(Qubadlı)” yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.