
Bu gün saat 20:00-da İspaniya millisi Kosta-Rika ilə qarşılaşacaq. İspanlar mundiala necə başlayacaq? Cavab bizim proqnozumuzdadır.
İSPANİYA
Qətərdə keçirilən turnir başlamazdan əvvəl Luis Enrike yaşlı futbolçuları millinin heyətinə çağırmadığına görə tənqid olundu. Məşqçi Serxio Busquetsin başçılıq etdiyi yeni heyət yaradaraq bu mundialda əsasən gənclərə bel bağlayacaq.
İspaniya millisi 1 il əvvəl keçirilmiş Avropa Çempionatında inamla çıxış etdi. Komanda çempionatın qrup mərhələsini asanlıqla keçdi. Bundan sonra Xorvatiya və İsveçrəyə qalib gələn matadorlar, yarımfinalda penaltilər seriyasında turnirin çempionu olacaq İtaliya millisinə uduzdular. 2022-ci il DÇ-nın seçmə mərhələsində İspaniya millisi 19 xalla qrupda 1-ci yeri tutdu.
Noyabrın 17-də yoldaşlıq oyununda ispanlar İordaniyanı asanlıqla (3:1) məğlub etdilər.
KOSTA RİKA
Kosta-Rikanın Almaniya, İspaniya və Yaponiya olan qrupdan pley-offa yüksəlmə şansı bukmekerlərə görə 9,8%-dir. Bu, turnir öncəsi bütün iştirakçılar arasında ən aşağı göstəricidir. Lakin, Luis Fernando Suaresin komandasının turnirin ən zəif komandası olduğunu deyə bilmərik.
Kosta Rika bu səviyyəli yarışlarda ardıcıl 3-cü dəfədir ki, çıxış edir. Üstəlik, Suares 2014-cü ildəki uğurunu yenidən təkrarlamaq niyyətindədir. Xatırlayırsınızsa Kosta Rika Braziliyadakı mundialda İngiltərə, İtaliya və Urqvayın olduğu qrupda lider olaraq pley-offa yüksəlmiş və 1/4 finala kimi irəliləmişdir. Qeyd edək ki, Kosta Rika son 10 rəsmi oyundan cəmi 1-də uduzub.
PROQNOZ
Bu matçda İspaniya millisi öz heyətinin kefiyyətini sübut etməyə çalışacaq. Kosta Rika isə Keylor Navas və oyunçuların təcrübəsinə ümid bəsləyir. İnanırıq ki, gənc və texnikalı ispanlar oyuna nəzarəti ələ keçirib müsbət nəticə əldə edə biləcəklər. Bundan əlavə, komandalar arasında olan son 2 görüşdə ispanlar inamlı qələbə qazanıblar.
Bizim ilk proqnozumuz İspaniya üçün Asiya handikapıdır (-2) – 1.89
Fikrimizcə, Kosta-Rika millisi bütün gücü ilə müdafiədə bağlanacaq. Hücumda isə şansları çox azdır.
İkinci mərc İspaniyanın 3 qollu qələbəsidir – 4.65
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:0 – 9.55
Hər 2 hissədə qol olacaq – 1.84
Künc zərbələrinin cəmi – 9.5 ALT (1.89)