İKZF 70 milyon manat cəlb edib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2068008682 ISIN-li, 70 milyon  manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat təşkil edib.

İstiqrazların  ödəmə tarixi 9 iyul 2048-ci ildir.