Xırdalanlılara şad xəbər: Şəhərin abadlaşmasına 1,5 milyondan çox pul ayrılır

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi şəhərdə abadlıq işlərinə 1,5 milyon manatdan artıq vəsait yönəldəcək.

Bu barədə İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin elan etdiyi tenderin qalibi “UĞURLU İNŞAAT” MMC olub. Qurum və şirkət arasında ümumi dəyəri 1 milyon 539 min 731,84 manat dəyərində müqavilə bağlanıb.