
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İndex.az Fonda istinadən xəbər verir ki, bank nominal dəyəri min dollar olan 12 min ədəd faizli təmin edilməmiş sənədsiz adlı istiqrazın illik gəlirliyi 8% təşkil edəcək.
İstiqrazların tədavül müddəti 6 il, kupon ödənişləri üç ayda bir dəfə nəzərdə tutulub.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.