Almaniya – Yaponiya oyununa  23.50 əmsallıq PROQNOZ

Bu gün saat 17:00-da DÇ-ın ilk turu çərçivəsində E qrupunda Almaniya millisi Yaponiya ilə qarşılaşacaq. Bu dueldə kim qalib gələcək? Cavab bizim proqnozumuzdadır.

ALMANİYA

Almaniya millisi ardıcıl 17-ci dəfədir ki, DÇ-da iştirak edir. Qətərə gedən yolda Hansi Flikin komandası 10 oyunda 9 qələbə qazanaraq rahat şəkildə mundiala vəsiqəni təmin edib. 10 oyunda 36 dəfə fərqlənən komandanın hücumu çox güclüdür.

Üstəlik, almanlar cəmi qapılarından 4 qol buraxıb. Bundan əlavə, 4 il əvvəl almanların Rusiyadakı DÇ-da qrupda qalması onları bu çempionatda daha da həvəsli edir.

Noyabrın 16-da almanlar Oman millisini minimal hesabla məğlub etdilər (1:0). Koronavirusa yoluxan Müller, Rüdriger və Fullkrug bu gün oynaya bilməyəcək.

YAPONİYA

Yaponiya millisi 7-ci dəfə DÇ-na vəsiqə qazanıb. Samuraylar seçmə mərhələdə 18 matçda cəmi 6 qol buraxaraq qrupu lider başa vurdu və avtomatik olaraq Qətərə vəsiqəni təmin etdi. Hacime Moriyasunun yetirmələri son oyunda 1:2 hesabı ilə Kanada millisinə məğlub olub.

Yaponiya 2014-cü il Dünya Kubokunda da, 2010-cu il Dünya Kubokunda da həmin mundialın çempionu ilə eyni qrupda mübarizə aparmışdı. Rusiyada keçirilən DÇ-da yaponların Seneqal futbolçularından daha az sarı vərəqə alması hesabına pley-offa adlamasını xatırlatmaq yerinə düşərdi. Bu hadisə mundiallar tarixində ilk və yeganə hal idi.

Beyin sarsıntısı keçirən Endo bu gün oynaya bilməyəcək.

PROQNOZ

Bu gün biz Almaniyaya üstünlük verəcəyik. Almaniya millisində öz təcrübəsi sayəsində oyuna nəzarəti ələ keçirə bilən yüksək səviyyəli futbolçular var.

Bizim ilk proqnozumuz Almaniya üçün Asiya handikapıdır (-1) – 1.82

Güman edirik ki, bu matçda biz meydanın hər bir hissəsində maksimum gərginliyə şahid olacağıq. Hans Flick-in yetirmələri böyük təcrübəyə malikdirlər və bu təcrübə onlara topa nəzarət etməyə və rahat hesabla uğur qazanmağa imkan verəcək.

İkinci mərcimiz Almaniyanın 2 qolla qalib gələcəyidir – 4.33

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:1 – 23.50

Sarı vərəqələrin cəmi – 3.5 ALT (1.82)

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.86)

Hər 2 hissədə qol olacaq – 1.82