“Mançester Yunayted” Ronaldo ilə müqaviləyə xitam verdi

“Mançester Yunayted” klubu hücumçusu Kriştianu Ronaldonun müqaviləsinə xitam verib.

Bu barədə klubun saytından bildirilib.

Qeyd olunub ki, portuqaliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildikdən dərhal sonra o, komandadan ayrılıb.

37 yaşlı forvard bu yaxınlarda verdiyi müsahibədə “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləyib.