
Bu gün saat 14:00-da DÇ-nın F qrupunun açılış matçında Mərakeş Xorvatiya ilə qarşılaşacaq. Bu iki komanda arasında oyun necə bitəcək? Cavabı proqnozumuzda.
MƏRAKEŞ
Mərakeş millisi Qətərə gələrkən kifayət qədər çətin yollardan keçib. Beləki, onlar 2 oyunun nəticəsinə görə ümumi hesabda Konqo Demokratik Respublikasına qalib gələrək (5:2) DÇ-na vəsiqəni təmin ediblər. Bu uğurdan sonra Valid Reqraqinin komandası 8 görüşdə cəmi 1 dəfə uduzaraq mundial öncəsi kifayət qədər yaxşı oyunlar keçirib. Daha sonra onlar Çilini 2:0 hesabı ilə məğlub edərək, Paraqvay ilə heç-heçəyə razılaşıblar (0:0).
Mərakeşlilər qrupun favoriti sayılmasalar da, heyətdə çoxlu yüksək səviyyəli oyunçulara malikdilər. Mərakeşin düşərgəsindən bəzi oyunçular Avropada oynayırlar və milli komanda da həmişə hər oyunda ən yaxşısını etməyə çalışırlar. Lakin hücumun əsas ulduzu Tarik Tissaudali zədə səbəbindən heyətə daxil olmayıb.
XORVATİYA
Xorvatiyanın özü də əla formadadır, son matçlarda ardıcıl 5 qələbə qazanaraq Millətlər Liqasının qrupunu lider tamamlayıblar. Zlatko Daliçin yetirmələri bu qrupda birlikdə müabarizə apardığı fransızlar, danimarkalılar və avstriyalılara qarşı özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar.
Xorvatların bu DÇ-na necə qatılmasına gəlincə isə, onlar seçmə mərhələdə öz qruplarında rusları 1 xal qabaqlayaraq, qrupu lider tamamladılar. Xorvatlar komanda işində son dərəcə güclüdürlər, bir neçə çox təcrübəli futbolçulara malikdirlər.
PROQNOZ
Xorvatiya millisi bu oyunda bütün əsas parametrlərdə rəqibini üstələyir və turnirə inamlı qələbə ilə başlamağa çalışacaq. Xorvatiya hücumda çox güclü görünür. Onlar yaxşı müdafiə olunur və müdafiə xəttlərini demək olar ki, səhvsiz təşkil edərək bütün müdafiədə koordinasiyalı şəkildə hərəkət edirlər. Mərakeşlilər üçün belə güclü rəqibdən nəyin ki, xal almaq, hətta onlara qol vurmaq belə çətin olacaq.
Yəqin ki, Xorvatlar oyuna hücumlarla başlayıb qol vurmağa çalışacaqlar. Heyətlər arasındakı fərqi nəzərə alsaq, bu gün xorvatlar üçün 3 xalı qazanmaq çox da çətin olmayacaq
Bizim ilk proqnozumuz Xorvatiyanın qələbəsidir – 2.06
Bununla belə, Mərakeşin müdafiəsi də çox zəif görünmür. Onlar yəqin ki, oyun boyu müdafiədə səhvə yol verməyərək xorvatları əks hücumda tutmağa çalışacaqlar. Xorvatiya hər nə qədər rəqibi önündə hər cəhətdən güclü görünsə də, Mərakeş əks-hücumları onlar üçün təhlükə yarada bilər. Ona görə də, fikrimizcə, Xorvatiya 1 qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayıracaq.
İkinci mərcimiz Xorvatiyanın 1 qolla qələbəsi olacaq – 3.54
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 0:1 – 5.60
Xorvatiya 2-ci hissədə qol vuracaq – 1.77
İlk hissədə qol cəmi – 1.5 ALT (1.30)