“Avromed Company”ə işçilər tələb olunur

Avromed Company QSC

Kiçik Auditor

Son tarix 22 dek 2022 – [email protected]

Əsas Funksi̇onal Öhdəli̇klər:

  • Təsdiq olunmuş İllik Audit Planına  əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak etmək;
  • Nəzarət çatışmazlıqlarını aşkar etmək üçün audit prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Audit Layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə dərhal məlumat vermək;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Audit sahəsinə aid nəzəri biliklər;
  • Müvafiq iş təcrübəsi: 1 ilə qədər;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter bilikləri və müvafiq proqram təminatı (MS Office proqramlarında mükəmməl işləmə bacarığı, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək baçarığı;
  • Ölkədaxili ezamiyyələrdə iştirak etmək imkanı.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində Kiçik Auditor yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Baş Hüquqşünas

Son tarix 22 dek 2022  [email protected]

Vəzifə və məsuliyyətlər:

  • Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
  • Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını;
  • Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
  • Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
  • Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
  • Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Özəl sektorda və dövlət sifarişi ilə bağlı ən azı üç (3) il iş təcrübəsi;
  • Müqavilələrin baxılması, tərtibatı və beynəlxalq hüquq sahəsində təcrübə;
  • Beynəlxalq hüquq sahəsi ilə bağlı yüksək bilik səviyyəsi və təşkilatı bacarıqlar;
  • Əsas sahələr üzrə planlaşdırılmış müxtəlif işləri icra etmək və hüququn yeni sahələrini sürətlə öyrənmək üçün bacarıq və istək;
  • Tender şikayətləri, iddialar, mübahisələr və müvafiq məhkəmə prosesləri ilə bağlı təcrübə;
  • Bir çox layihə üzrə eyni vaxtda davam edən hüquqi məsələləri idarə etmə, təqib etmə və son tarixlərə riayət etmə bacarığı;
  • İngilis və Rus dillərinə yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları;
  • MS Office proqramlarında mükəmməl işləmə bacarığı;
  • Məsuliyyətli, stressə dayanıqlı, punktual, diqqətcil, ünsiyyətcil və çalışqan;
  • Komandada işləmək bacarığına malik olan.

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Baş Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.