Kapital Bank
Birbaşa satışlar bölməsində Kiçik mütəxəssis
Son tarix 22 dek 2022 – [email protected]
Öhdəliklər:
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi, Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.
Tələblər:
- Ali təhsil;
- Məsuliyyətlilik;
- Operativlik;
- Qərar qəbuletmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə danışma qabiliyyəti;
- Microsoft Office proqramları üzrə biliklər.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.