
Azərbaycanda qarabaşaq və mərcinin 1 kiloqramının qiymətində ötən ilin oktyabr ayı ilə carı ilin oktyabr ayı ilə müqayisədə 1 manat civarında artım olub.
Mərcinin qiymətində də hər üç göstərici üzrə 90 qəpiyə yaxın artım qeydə alınıb. Belə ki, 1 kiloqram mərcini orta qiyməti ötən ilin oktyabr ayı ilə müqayisədə 86 qəpik, yəni 28,1% artıb və 3 manat 92 qəpik təşkil edib.
Yerli mərcinin qiyməti 87 qəpik, yəni 29,5% artaraq 3 manat 82, qəpik, idxal edilən mərcinin qiyməti isə 89 qəpik və ya 28,2% faiz artaraq 4 manat 04 qəpiyə yüksəlib.