“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Abşeronda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Abşeron rayonunda görüşü təşkil olunacaq. Aksiya  Novxanı qəsəbəsi, Novxanı bələdiyyəsinin akt zalında baş tutacaq. “Səyyar qəbul otağı” noyabr ayının 24-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.