
İqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi “Twitter” hesabında 2022-ci ilin yanvar-oktyabr aylarında makroiqtisadi göstəricilər üzrə nəticələrlə bağlı paylaşım edib.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorunda investisiyaların həcmində və nəqliyyat daşımalarında yüksək dinamika müşahidə olunub. Belə ki, nəqliyyat sektorunda sərnişin daşınması 37,4% artaraq 1.318,2 milyon manat, qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsait isə 23,8% artaraq 7.829,3 milyon manat olub.
Index.az həmin makroiqtisadi göstəriciləri təqdim edir: