İngiltərə – İran oyununa özəl PROQNOZ

Bu gün saat 17:00-da Qətərdə keçirilən Dünya Çempionatının B qrupunun açılış oyununda İngiltərə və İran komandaları qarşılaşacaq. İngilislər DÇ-na inamlı qələbə ilə başlaya biləcəkmi? Cavabı proqnozumuzda tapa bilərsiniz.

İNGİLTƏRƏ

İngiltərə komandası cari Dünya Kubokunun seçmə mərhələsində öz qrupunda asanlıqla 1-ci yeri tutdu. Millətlər Liqasındakı çıxışlara gəlincə, burada komanda açıq-aşkar bərbad çıxış etdi. 6 turdan sonra sonuncu olan ingilislər qrupu qələbəsiz başa vurdu. Britaniyalılar yoxlama matçları keçirmədilər, amma çətin ki, bu futbolçulara pis təsir etsin. Çünki onlar daxili arenada və beynəlxalq klub görüşlərində iştirak edirdilər. Qeyd edək ki, müxtəlif səbəblərdən heyətə düşə bilməyən Ceydon Sanço və Fikayo Tomori millinin düşərgəsində yoxdu.

İtkilər: Ceymis Meddison, Kayl Valker, Cordan Henderson.

İRAN

İran da öz növbəsində çox yaxşı seçmə mərhələsi keçirdi və final mərhələsində 1-ci yeri tutdu. Dünya Kubokuna vəsiqə əldə etdikdən sonra komandanın baş məşqçisi dəyişdirildi. Beləliklə İran millisi DÇ-da təcrübəli Karlos Keyrozunun rəhbərliyi altında mübarizə aparacaq.

Farslar portuqaliyalı çalışdırıcının rəhbərliyi altında yoxlama oyununda Uruqvayı məğlub edib (1:0), Seneqalla oyunda meydandan heç-heçə ilə (1:1) ayrıldı. Komandanın heyətində Avropanın ən məşhur oyunçuları olmasa da, oyunçuların ahəngdarlığı və yüksək komanda ruhu onlara uğur gətirə bilər.

İtkilər: Sərdar Azmun

PRQONOZ

Komandalar əvvəllər bir-birləri ilə qarşılaşmayıblar. İngilis futbolçuların performans təcrübəsi və fərdi ustalığı baxımından rəqib üzərində tam üstünlüyü var və bu da İran üçün həddən artıq çətin olacağını göstərir. İran öz regionundakı millilər arasında yaxşı görünsə də, belə ciddi rəqiblə rəqabət aparmaq son dərəcə çətin olacaq.

İngilislər açıqcası Millətlər Liqasında yaxşı çıxış etmədi. FUtbolçularda ruhun yüksəlməsi üçün qələbəyə ehtiyacları var.

Bizim ilk proqnozumuz İngiltərə üçün asiya handikapıdır (-1) – 1.63

İngilislər üçün bu oyun çox da asan keçməyəcək. İran çox kompakt müdafiə olunur və əks-hücumları təhlükəlidir. İran millisinin bir neçə sürətlihücumçusu var. İngiltərə müdafiədə çox diqqətli olmalıdır.

Bununla belə, britaniyalıların 3 xala çox ehtiyacı var və çox güman ki, onlar oyunun böyük hissəsini rəqibin cərimə meydançası daxilində keçirəcəklər. İnanırıq ki, ingilislər İranın qapısına bir dəfədən çox yol tapa biləcək. Əvəzində isə qol buraxmayacaq.

İkinci mərcimiz İngiltərənin iki top fərqi ilə qələbəsi olacaq – 3.98

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:0 – 4.80

İngiltərə hər 2 hissədə qol vuracaq – 2.52

İlk hissədə qol cəmi – 1.5 ALT (1.32)